Səhiyyə Nazirliyi: “Aşura günü” 4043 nəfərdən 1060 litr qan tədarük olunub

Səhiyyə Nazirliyi: “Aşura günü” 4043 nəfərdən 1060 litr qan tədarük olunub
# 04 noyabr 2014 13:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aksiyalar Bakı şəhərində “Mirmövsüm ağa”, “Təzəpir”, “Bibiheybət”, “Cümə”, “Qaraçuxur”, “Hacı Sultanəli” Keşlə qəsəbəsi məscidlərində, Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə "İmamzadə" məscidində, Lənkəran məscidində qanvermə aksiyaları təşkil edilib.

“Aşura günü” ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 4 min 43 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1060 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR