Eldar Sabiroğlu Ermənistan Müdafiə Nazirliyinin iddiasına cavab verib

Eldar Sabiroğlu Ermənistan Müdafiə Nazirliyinin iddiasına cavab verib
# 11 aprel 2013 10:26 (UTC +04:00)

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq bildirib. Ermənistan Müdafiə Nazirliyinin son zamanlar cəbhədə itki verilən ərazilərdə atəşkəsin pozulmaması, baş verənlərin Azərbaycanın təxribatı olması barədə bəyanatlarına münasibət bildirən E. Sabiroğlu bunları deyib: “Təmas xəttində atışmalar zamanı Azərbaycan tərəfdən həlak olan və yaralanan hərbi qulluqçular barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayan kimi Ermənistanın Müdafiə Nazirliyi dərhal reaksiya verərək, adı çəkilən cəbhə bölgəsində ümumiyyətlə, atəşkəsin pozulmadığını qeyd edir və hətta bizi həyasızcasına təxribatda günahlandırır: “Məqsəd nədir? Hiyləgər düşmən bununla Azərbaycan ictimaiyyətində yanlış fikir formalaşdırmağa çalışır və bunu nəyə görə etdiyi aydındır. Yalan onun canında, qanındadır. Onlar Xocalıdakı soyqırımı da beləcə danmağa cəhd göstərir və bu cinayəti özlərindən kənarlaşdırmaq üçün müxtəlif iftiralar uydururlar. Erməni yalanı indinin işi deyil. Bu, onların tarixi vərdişləridir. Düşmən bilməlidir ki, bu cür axmaq metodla Azərbaycan cəmiyyətində kimisə inandıra bilməz. Bu səbəbdən də özünü hədər yerə yormasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR