Ağdamda baş verən yol qəzasında bir nəfər ölüb

Ağdamda baş verən yol qəzasında bir nəfər ölüb
# 15 iyul 2015 10:37 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini Sadıqov Qalib Abbas oğlu idarə etdiyi 90-LM-295 nömrə nişanlı, “Mercedes” markalı minik maşınını Ağdamın Sarıcalı kəndi ərazisində ağaca çırpıb.

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional İdarəsinin xilasediciləri qəzaya uğrayan maşından sürücü yaralı vəziyyətdə çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Q. Sadıqovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR