ADİU ilə Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADİU ilə Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 07 aprel 2015 11:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 7-də Türkiyənin Koç Universitetinin rektoru, professor Umran Savaş İnan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Universitetdən APA-ya verilən məlumata görə, ADİU rektoru, professor Ədalət Muradovla görüşdə birgə iqtisadiyyat və biznes profili üzrə doktorantların yetişdirilməsi, ADİU-nun İngilis Dilində Tədris Mərkəzi, “SABAH” Qrupları və “İnnovativ Biznes-İnkubator” ilə Koç Universitetinin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə edilib.

ADİU-nun professor-müəllim heyəti ilə görüşdə U. İnan Koç Universiteti haqqında geniş məlumat verib, ali tədris prosesindəki innovativ tendensiyalardan danışıb. Doktorantların elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, müəllimləri maraqlandıran sualları cavablandırıb.

Sonda Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə görə iki universitet birgə elmi-tədqiqat işləri üzərində əməkdaşlıq edəcək, strateji layihələr hazırlayacaq və ikitərəfli müəllim-tələbə mübadiləsi həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR