Portuqaliya Fələstini tanımağa hazır olduğunu bildirib

Portuqaliya Fələstini tanımağa hazır olduğunu bildirib
# 13 dekabr 2014 01:41 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qəbul olunmuş qətnamədə Avropa İttifaqı ilə əməkdaşlıqda müstəqil və suveren Fələstin dövlətinin tanınmasının zəruriliyi vurğulanıb.

Bununla belə, Portuqaliyanın xarici işlər naziri Rui Maşete qeyd edib ki, hökumət Fələstin dövlətini tanımaq üçün münasib an seçəcək.

Xatırladaq ki, bundan əvvəl Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib. Oktyabrın sonunda isə İsveç Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR