MHP koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib

MHP koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib
# 14 iyul 2015 15:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu gün MHP lideri Dövlət Bağçalı ilə görüş keçirən baş nazir, AKP lideri Əhməd Davudoğlu qarşı tərəfdən rədd cavabı aldıqlarını açıqlayıb: “Bağçalı bizə hökumət ortaqlığı içərisində təmsil olunmayacaqlarını bildirdi”.

Qeyd edək ki, Ə. Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün MHP nümayəndə heyəti ilə danışıqlar aparıb. Görüş 1 saat 40 dəqiqə davam edib.

MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır: AKP-CHP koalisiyası. İki partiya arasında yaxın günlərdə növbəti danışıqlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR