ETSN: Azərbaycanın əksər rayonlarında leysan yağıb, şimal və qərb rayonlarında daha intensiv və güclü olub

ETSN: Azərbaycanın əksər rayonlarında leysan yağıb, şimal və qərb rayonlarında daha intensiv və güclü olub
# 17 sentyabr 2014 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sentyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, əvvəldən də xəbər verildiyi kimi, sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.

Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR