Dünya birjalarında qızıl 2 dollar bahalaşıb

Dünya birjalarında qızıl 2 dollar bahalaşıb
# 23 iyun 2015 06:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,58% - 18 119,78 bəndədək, NASDAQ 0,72% - 5 153,97 bəndədək, S&P 500 0,61% - 2 122,85 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,72% - 6 825,67 bəndədək, Fransa CAC-40-ı 3,81% - 4 8998,61 bəndədək, Almaniya DAX-ı 3,81% - 11 460,50 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,00 dollar artaraq 1 186,10 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 16,09 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR