İrəvanda polisin çağırışlarına məhəl qoymayan etirazçılar aksiyanı davam etdirir

İrəvanda polisin çağırışlarına məhəl qoymayan etirazçılar aksiyanı davam etdirir
# 02 iyul 2015 05:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə hadisə yerindən “RİA Novosti”nin müxbiri xəbər verir.

Qeyd edək ki, Ermənistan polisi bundan əvvəl iki həftədir davam edən etiraz aksiyasının iştirakçılarını Bağramyan prospektindən dağılışmağa çağırıb.

“Polis aksiyanın təşkilatçı və iştirakçılarını sağlam düşüncə, konstitusiyaya və ölkənin qanunlarına, digər şəxslərin hüquq və qanuni maraqlarına hörmət nümayiş etdirərək könüllü şəkildə Bağramyan prospektinin 10 gündür davam edən blokadasına son qoymağa çağırır”, deyə polisin bəyanatında bildirilir.

Polis pozulmuş ictimai asayişin güc tətbiq etmədən xoş niyyət və qarşılıqlı anlaşma nümayiş etdirməklə bərpa olunacağına ümidvar olduğunu bildirib.

Polis həmçinin aksiyanın təşkilatçı və iştirakçılarını gələcəkdə ictimai tədbirləri Ermənistanın “Toplaşmaq azadlığı haqqında” qanununun tələblərinə əməl olunmaqla keçirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR