Azərbaycanda yol kənarında iki top mərmisi tapılıb

Azərbaycanda yol kənarında iki top mərmisi tapılıb
# 16 iyul 2015 11:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Hacıqabulda iki ədəd top mərmisi aşkar edilib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində qeydə alınıb.

Yol kənarında içərisində iki ədəd 100 mm çaplı top mərmisi olan qutu aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR