Strasburq Universiteti ilə üç Azərbaycan ali məktəb arasında memorandum imzalanıb

Strasburq Universiteti ilə üç Azərbaycan ali məktəb arasında memorandum imzalanıb
# 02 aprel 2015 19:43 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye son illər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.

Qeyd olunub ki, Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi Fransa nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın üç ali məktəbi ilə memorandum imzalayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov Fransa ilə Azərbaycanın təhsil əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib: “Fransanın bir neçə universitetində Azərbaycan dili tədris olunur, Azərbaycanın ali məktəblərində isə fransız dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR