Bank Of Baku

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO  - YENİLƏNİB
# 09 noyabr 2026 12:02 (UTC +04:00)

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Dilqəm Pişəvəri küçəsindən başlayıb.
Hərbi qulluqçular orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərinin Əziz Əliyev küçəsi və Heydər Əliyev prospektinin kəsişməsindən "Zəfər parkı"nadək davam edib.
Təşkil olunan yürüşdə hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirilib.

***

11.07

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR