Roberto Mançini: “Qarabağ”la görüşdə onlara şans verəcəm

Roberto Mançini: “Qarabağ”la görüşdə onlara şans verəcəm
# 08 dekabr 2014 12:38 (UTC +04:00)

Bakı – APA. “İnter” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi son oyunda heyətə düşməyən futbolçularla mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, bunu Milan təmsilçisinin baş məşqçisi Roberto Mançini açıqlayıb.

O bildirib ki, artıq qrup birinciliyi təmin olduğundan, Bakıdakı əhəmiyyətsiz qarşılaşmada aparıcı futbolçulara istirahət verəcək: “Qarabağ”la görüşdə gənclərə güvənəcəyimi dəqiqləşdirmişəm. Əsas heyətə düşməkdə çətinlik çəkənlərə oyun praktikası qazanmaq imkanı yaradıb, özlərini göstərmək üçün şans verəcəm”.

Qeyd edək ki, Azərbaycan çempionu ilə Milan təmsilçisi arasında son turun oyunu dekabrın 11-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR