Çikaqoda atışma nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb

Çikaqoda atışma nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb
# 12 iyul 2014 18:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident şəhərin baptist kilsəsinin yaxınlığında, avtomobil dayanacağında baş verib.

Kilsənin saytında dərc edilmiş məlumata əsasən, atışma kilsənin 117-ci ildönümü münasibəti ilə təşkil olunmuş bayram tədbiri zamanı baş verib. Bayram tədbiri zamanı yüzlərlə insan kilsədə və onun ətrafında toplanıb. Polisin məlumatına görə, 47 yaşlı kişi 2 nəfərlə mübahisə etdikdən sonra tədbiri tərk edib. Az sonra qayıdan cinayətkar avtomobildən kilsənin qarşısında toplaşmış insanlara atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR