Sabah Bakıda 37 dərəcə isti gözlənilir - VİDEO

Sabah Bakıda 37 dərəcə isti gözlənilir - <span style="color: red;">VİDEO
# 05 iyul 2014 10:22 (UTC +04:00)

Bakı – APA. İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 33-37 dərəcə isti olacağı gözlənilir.

Nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan və Buzovnada 25-26 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR