Azərbaycanın müdafiə naziri Sloveniya prezidenti ilə görüşüb

Azərbaycanın müdafiə naziri Sloveniya prezidenti ilə görüşüb
# 13 mart 2015 17:10 (UTC +04:00)

APA-nın Müdafiə nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi, hərbi və müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyi, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Tərəflər Silahlı Qüvvələrin bölmələrinin beynəlxalq əməliyyatlarda və missiyalarda iştirakına önəm verərək, hərbi qulluqçuların dil kurslarında və digər treninqlərdə hazırlığının əhəmiyyətini qeyd ediblər.

Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR