Azərbaycanın iri banklarından biri Sumqayıtda filial açır

Azərbaycanın iri banklarından biri Sumqayıtda filial açır
# 19 noyabr 2015 08:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ən iri korporativ bankı olan “PAŞA Bank” filial şəbəkəsini genişləndirir.

APA-Economics”in bankdakı mənbələri bildirir ki, bankın yeni hədəfi Sumqayıtdır. Belə ki, cari ilin sonu və ya gələn ilin əvvəlində bank “Gənclər şəhərində” filialını istifadəyə verəcək.

“Mərkəzi Bank artıq banka filialın açılması üçün lisenziya verib. Filialın tikintisi, infrastrukturun və zəruri avadanlıqların qurulması istiqamətində işlər davam edir”, - deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR