Sınaq imtahanlarına yazılış başlayır

Sınaq imtahanlarına yazılış başlayır
# 06 mart 2015 13:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyatın martın 11-dən etibarən aparılması nəzərdə tutulur.

Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Qeyd edək ki, TQDK tərəfindən sınaq imtahanları 5, 12, 19 aprel və 3 may tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR