Masallıda meşə ərazisində yanğın olub

Masallıda meşə ərazisində yanğın olub
# 11 avqust 2014 07:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Avqustun 10-da saat 16 radələrində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naməlum səbəblərdən baş vermiş yanğın ETSN-in hadisə yerinə cəlb olunmuş müvafiq yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində 11 avqust 2014-cü il tarixində səhər saat 9 radələrində söndürülüb.

Yanğın nəticəsində 2 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR