Azərbaycan XİN başçısı Serbiyanın yeni səfirini qəbul edib

Azərbaycan XİN başçısı Serbiyanın yeni səfirini qəbul edib
# 20 oktyabr 2014 14:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Neboyşa Rodiçi qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə N. Rodiç etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

E. Məmmədyarov Azərbaycanla Serbiya arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini bildirib və N. Rodiçə uğurlar arzulayıb.

Öz növbəsində N. Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycanla Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR