ABŞ-ın müvəqqəti işlər vəkili: "Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik"

ABŞ-ın müvəqqəti işlər vəkili: "Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik"
# 21 noyabr 2014 09:51 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova, Aqşin Rafiqoğlu – APA. "ABŞ ATƏT-in Minsk Qrupunun üzvü olmaqdan qurur duyur və həmsədr ölkə olaraq biz hər iki ölkəyə münaqişənin sülh yolu ilə nizamlanmasında kömək etməyə çalışırıq". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

Prezidentlərin Soçi, Nyuport, Paris görüşləri, eləcədə ABŞ dövlət katibi Con Kerri ilə görüşlərindən söz açan diplomat "bu cür görüşlər bizim münaqişənin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni etdiyimizdən xəbər verir", - deyə söyləyib.

Enerji təhlükəsizliyi məsələlərinə toxunan D. Hoqan qeyd edib ki, ABŞ Azərbaycanla bu istiqamətdə sıx əməkdaşlıq edir: “Biz əmin olmaq istəyirik ki, Azərbaycanın öz enerji təhlükəsizliyini mümkün terrorçuluq və yaxud, təbii fəlakətlərdən qorumaq üçün bütün vasitələri var. Biz əmin olmalıyıq ki, sistem etibarlıdır və Azərbaycana bu məsələdə öz dəstəyimizi veririk”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR