Slovakiya istehsalı özüyeriyən minaatan “SAM120” ilk dəfə “ADEX 2026”-da nümayiş olunub
APA xəbər verir ki, “SAM120” özüyeriyən minaatanı dəqiqədə 20 dəfə atəş açmaq qabiliyyətinə malikdir.
Kabinində 2 nəfərin olması nəzərdə tutulmuş minaatanın maksimal atəş məsafəsi 8 500 metrdir, karuselində 35 ədəd mina yerləşdirmək mümkündür.