Tiflisdə İlyas Əfəndiyevin 100 illiyinə həsr edilən "Sən mənimləsən" adlı tamaşa oynanılacaq

Tiflisdə İlyas Əfəndiyevin 100 illiyinə həsr edilən "Sən mənimləsən" adlı tamaşa oynanılacaq
# 20 noyabr 2014 20:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar yazıçının "Sən həmişə mənimləsən" adlı pyesi əsasında tamaşa hazırlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadədir. Noyabrın 25-də Tiflis Aktyorlar Evində baş tutacaq premyerada rolları teatrın gənc, istedadlı və peşəkar aktyorları olan Aslan Məmmədov, Leyla Qasımova, Şeyla Cəfərova, Marianna Məmmədova və Turqay Vəlizadə oynayacaq.

Qeyd edək ki, bu əsər dünyanın bir çox ölkələrində oynanılıb və ilk dəfədir ki, Tiflis səhnəsində azərbaycanlı aktyorlar tərəfindən nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR