Azərbaycanda minik avtomobili yük maşını ilə toqquşub, bir ailənin 3 üzvü ölüb - VİDEO

Azərbaycanda minik avtomobili yük maşını ilə toqquşub, bir ailənin 3 üzvü ölüb - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2015 07:28 (UTC +04:00)

Bas Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən ölüblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvləridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR