Sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satış-sərgisi təşkil olunacaq

Sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satış-sərgisi təşkil olunacaq
# 18 avqust 2014 10:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 20-də Filarmoniya bağında sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satış-sərgisi təşkil olunacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, “Xəyallarımızın rəsmlərdəki tərənnümü” mövzusundakı satış-sərgi prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Yeni Ramanada yerləşən sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil ediləcək.

Sərgidə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə hazırlığı keçən gənclərin əl işləri və rəsmləri nümayiş olunacaq.

Açıq havada təşkil olunacaq satış-sərginin məqsədi gənclərin səsini əl işləri və rəsmləri vasitəsilə çatdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR