Gəncə şəhər sakinini tanışları döyüb

Gəncə şəhər sakinini tanışları döyüb
# 04 oktyabr 2015 08:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb müxbirinin verdiyi məlumata görə, şəhərin Fikrət Əmirov küçəsində yaşayan 1991-ci il təvəllüdlü Həsənov Həsən Rantik oğlu bədənin müxtəlif hissələrinin əzilməsi və sol qolun bıçaq yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Tibbi yardım göstərilən H. Həsənovun vəziyyətinin kafi olduğu bildirilir. O, tanıdığı şəxslər tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR