İmişlidə 4 otaqlı, paytaxtda isə 2 otaqlı ev yanıb

İmişlidə 4 otaqlı, paytaxtda isə 2 otaqlı ev yanıb
# 12 oktyabr 2014 04:58 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-in saytına istnadən verdiyi xəbərə görə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 4 otağlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümümi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR