Narazılar tam tərkibdə Müsavat Partiyasının ümumrespublika müşavirəsinə qatılmağa qərar verib

Narazılar tam tərkibdə Müsavat Partiyasının ümumrespublika müşavirəsinə qatılmağa qərar verib
# 22 noyabr 2014 16:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı olan şəxslərin yaratdıqları İşçi Qrupunun partiyanın qərargahında iclası keçirilib.

İşçi Qrupunun üzvü Əhəd Məmmədlinin APA-ya verdiyi məlumata görə, İşçi Qrupunun iclasında qərara alınıb ki, qurultayın nəticələrindən narazı olanlar tam tərkibdə sabah Müsavat Partiyasının ümumrespublika müşavirəsində iştirak etsin.

İşçi Qrupu müşavirədə Müsavat Partiyasının başqanlığına namizədlərin – Qubad İbadoğlu və Tural Abbaslının çıxış etməsini məqbul sayıb. İşçi Qrupu qurultayın nəticələrindən narazı qalan partiya üzvlərinin bir araya gələcək fraksiyanın sənədlərinin (Əsasnamə, struktur və s.) hazırlanmasına da qərar verib. Eyni zamanda Müsavat Partiyasının sabah keçiriləcək ümumrespublika müşavirəsi ilə bağlı İşçi Qrupunun gələn həftənin üçüncü günü növbədənkənar toplantısı keçiriləcək, toplantıda müşavirənin nəticələri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR