“Bank VTB (Azərbaycan)”ın “Sahil” filialı 1 yaşını qeyd edir

“Bank VTB (Azərbaycan)”ın “Sahil” filialı 1 yaşını qeyd edir
# 19 may 2015 14:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın “Sahil” filialı fəaliyyətinin bir ilini qeyd edir.

Bankdan “APA-Economics”Ə verilən xəbərə görə, fəaliyyət göstərdiyi bu il ərzində filial bütün əsas göstəricilər üzrə artım nümayiş etdirib.

Filialın kredit portfelinin həcmi 10 mln. manatı ötüb ki, ümumi kredit portfelində də əsas pay bankın tərəfdaş şirkətlərinin əməkdaşlarına ayrılan kreditlərin üzərinə düşüb – 8,3 mln. manat.

Bundan başqa, kredit strukturunda nağd və girovlu istehlak kreditləri böyük yer tutub. Belə ki, kredit portfelində nağd kreditlər 844 min manat, girovlu istehlak kreditləri isə təqribən 805 min manat təşkil edib.

Filial depozit portfeli üzrə də yüksək göstəricilər nümayiş etdirib. “Sahil” filialı tərəfindən cəlb olunan əmanətlərin ümumi həcmi 6 mln. manat təşkil edib.

“Filialımızın fəaliyyətinin ilk nəticələrinə yekun vuraraq bildirmək istərdim ki, bütün seqmentlər üzrə sabit nailiyyətlər əldə olunub. Bu il ərzində “Sahil” filialı fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təqdim edib. Biz, nail olduqlarımızla kifayətlənmək niyyətində deyilik, müştəri bazamızı genişləndirməyə və müştərilərimizə yüksək xidmət göstərməyə davam edəcəyik”, - deyə “Sahil” filialının direktoru Böyükağa Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR