Bakı. Şəhriyar Əlizadə - APA. .Bakıda ticarət mərkəzində oğurluq edən qadın tutulub
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 30-da Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gülbahar Cəfərovanın mobil telefonu oğurlanıb.
Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gədəbəy rayon sakini Heyran Məmmədova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.