XİN rəhbəri E.Məmmədyarov: "Azərbaycan Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib"

XİN rəhbəri E.Məmmədyarov: "Azərbaycan Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib"
# 22 iyul 2014 23:32 (UTC +04:00)

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Avropa ittifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib: “Ümumi dəyəri 45 milyard avro olan bu layihələr Avropa istehlakçısının ehtiyaclarını qarşılayacaq rəqabətli qiymətlərlə iri həcmli, etibarlı və alternativ qaz həcmini təchiz edərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcək. Bu cəhətdən, yuxarıda qeyd edilən boru kəmərlərinin tikintisi üçün Avropadan tərəfdaşlarımızın artırılmış dəstəyi olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan eyni zamanda, Xəzər regionu ilə Avropanı birləşdirən potensial qaz nəqli infrastrukturunun yaradılması istiqamətində də səylərini davam etdirməkdədir”.

Elmar Məmmədyarov Azərbaycanın Avropa ittifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsinin genişləndirməkdə maraqlı olduğunu vurğulayıb: “Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda ən iri ticarət tərəfdaşı olduğunu nəzərə alaraq, bu sahəyə daha böyük diqqət yetirmək lazımdır. Hazırda Avropa İttifaqına etdiyimiz ixrac məhsulların böyük hissəsi neft və neft məhsullarıdır. Lakin, biz ixrac olunan məhsullarımızın çeşidinin artırılması üçün səylərimizi artırmaqdayıq. Bu qeyri-neft məhsulların Avropa Birliyi bazarlarına çıxarılmasının asanlaşdırılması üçün onların Avropa Birliyinin tələblərinə cavab verən müvafiq standartlara çatdırılması olduqca əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR