Rusiyanın “LifeNews” telekanalının ofisində axtarış aparılır

Rusiyanın “LifeNews” telekanalının ofisində axtarış aparılır
# 24 mart 2015 15:57 (UTC +04:00)

Bakı - APA. Rusiyanın “LifeNews” telekanalının ofisində axtarış aparılır.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi açıqlama yayıb.

Bildirilib ki, telekanal redaksiyasını yoxlamaq barədə xahişlə İstintaq Komitəsinə “Müqavimət” hüquq-müdafiə təşkilatı müraciət edib. Hüquq müdafiəçiləri “LifeNews” saytında dərc edilən və azyaşlılara qarşı iki cinayətdən bəhs edən yazıya diqqət yetirilməsini xahiş ediblər.

Telekanalın baş redaktoru Anatoli Süleymanov axtarışın telekanalın və saytın fəaliyyətinə heç bir təsir etmədiyini bildirib.

Rusiyanın müxalifət liderlərindən İlya Yaşin isə axtarışın Boris Nemtsovun qətli ilə bağlı olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR