TQDK SAT imtahanlarının vaxtını açıqlayıb

TQDK SAT imtahanlarının vaxtını açıqlayıb
# 30 iyun 2015 13:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015 və 2016-cı illərdə keçirəcəyi SAT imtahanlarının tarixləri açıqlanıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu il SAT imtahanları oktyabrın 3-ü və dekabrın 5-də keçiriləcək.

2016-cı ildə isə SAT imtahanları yanvarın 23-ü, mayın 7-i və iyunun 4-də baş tutacaq.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR