Bank Of Baku

Prokuror qisas məqsədilə qətl törədən şəxsə cəza istəyib

Prokuror qisas məqsədilə qətl törədən şəxsə cəza istəyib
# 04 iyun 2019 16:12 (UTC +04:00)

Adam bıçaqlamaqda təqsirləndirilən  Ağayəhya Abbasovun  cinayət işi üzrə məhkəmə prosesi  davam edib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək  A.Abbasovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Şabran rayonunda baş verib. Ağayəhya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin baş verməsinə tərəflər arasındakı şəxsi münaqişə səbəb olub. Belə ki, R. Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb. Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasınım evinə qayıdıb. Bundan sonra Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR