Tiflisdə neftlə dolu iki sistern relsdən çıxıb

Tiflisdə neftlə dolu iki sistern relsdən çıxıb
# 18 oktyabr 2014 16:47 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflisdə neftlə dolu iki sistern relsdən çıxıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis Fövqəladə Hallar Departamentindən bildiriblər ki, hadisə baş verən zaman əraziyə neft dağılmayıb.

Bir neçə saatdan sonra dəmiryolu xəttində qatarların hərəkəti bərpa olunub.

Gürcüstan Dəmir Yolu İdarəsi hadisə ilə bağlı açıqlama verməyib. Aşan sisternlərin hansı şirkətə məxsus olduğu açıqlanmır.

Hazırda hadisənin başvermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR