Ötən il qətlə yetirilən “Ded Xasan”ın qardaşı oğlu Moskvada həbs olunub

Ötən il qətlə yetirilən “Ded Xasan”ın qardaşı oğlu Moskvada həbs olunub
# 09 oktyabr 2014 23:46 (UTC +04:00)

Bakı-APA. Moskva məhkəməsi keçən il yanvarın 16-da qətlə yetirilən məşhur kriminal avtoritet “Ded Xasan” ləqəbli Aslan Usoyanın qardaşı oğlu Yuri Usoyan həbs edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yuri Usoyan narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 2 ay müddətinə həbs olunub. O, oktyabrın 7-də Moskvanın mərkəzindəki restoranlardan birində “qanuni oğrular”ın toplantısının qarşısı alınarkən saxlanılıb. Əməliyyat zamanı 20-dək kriminal avtoritet saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR