May ayında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağı ikitərəfli danışıqlar gözlənilir

May ayında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağı ikitərəfli danışıqlar gözlənilir
# 19 fevral 2013 08:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağı ikitərəfli danışıqlar may ayında Cenevrədə keçirilə bilər. Ola bilər ki, bu, bir qədər gec və ya tez baş tutsun”. Bunu APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, hər şey danışıqlara hazırlıq səviyyəsindən asılıdır: “Bu günlərdə ABŞ-ın suallarını almışıq. Onların tərcümə edilməsi və cavablandırılması vaxt tələb edəcək. Hazırda bu məsələ ilə məşğul oluruq. Avropa Birliyi və digər ölkələr artıq suallarını təqdim ediblər. Biz hazır olsaq və ölkələr öz razılığını bildirsə, ikitərəfli danışıqlar təşkil ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR