Hadı Rəcəbli: “Prezidentin sərəncamına əməl olunmur”

Hadı Rəcəbli: “Prezidentin sərəncamına əməl olunmur”
# 14 mart 2014 10:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hadı Rəcəbli qanunvericiliyə və ölkə başçısının sərəncamına əməl olunmaması ilə bağlı hökumətə irad bildirib. APA-nın məlumatına görə, Milli Məclisin iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, tibbi sığortaya dair qanunvericiliyə edilən son dəyişikliklərdən sonra yeni agentliyin yaradılması nəzərdə tutulsa da, bu məsələ nədənsə yaddan çıxıb. O qeyd edib ki, hətta Azərbaycan prezidenti də bununla bağlı sərəncam verib: “Bəs niyə icra olunmur? Niyə tibbi sığorta agentliyi yaradılmır? Məqsəd nədir? Soruşuruq, deyirlər ki, asan məsələ deyil. Məgər bizim hansı işimiz asan olub? Yol çəkmək asan olub, yoxsa nə asan olub? Niyə unudurlar ki, bu haqda ölkə başçısının da sərəncamı var? Mən xahiş edirəm hökumət diqqətli olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR