Azərbaycanda təhsil və səhiyyə sektorunda çalışanların əməkhaqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır - FOTO

Azərbaycanda təhsil və səhiyyə sektorunda çalışanların əməkhaqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır - <span style="color: red;">FOTO
# 23 dekabr 2013 10:05 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” konfransında maliyyə naziri Samir Şərifov söyləyib.

S.Şərifov deyib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran və kosmosa peyk çıxaran ölkəyə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. 10 il ərzində əmək haqları 6,4, pensiyalar 8,6 dəfə artıb, yoxsulluq 50 faizdən 6 faizə enib. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatıb”.

S.Şərifov 2003-2013-cü illərdə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması üçün 12 dəfə fərman və sərəncam imzalandığını, pensiyaların baza hissəsinin indeksləşdirilməsi üçün 8 sərəncam verildiyini qeyd edib.

Maliyyə naziri “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qeyri-neft sektorunun inkişafını, sənayeləşmənin sürətləndirilməsini nəzərdə tutduğunu söyləyib: “Konsepsiyada 2020-ci ilə qədər ÜDM-in 2 dəfə artırılması, Azərbaycanın yüksək insan inkişafı ölkələri sırasına daxil olması qarşıya məqsəd qoyulub. 2012-ci ildə Azərbaycan ÜDM istehsalına görə 69-cü yerə, adambaşına düşən ÜDM-ə görə 78-ci yerdə qərarlaşıb. Hazırda Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 8,3 faizdir. Təhsil və səhiyyə sektorunda çalışanların əmək haqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR