Şamaxı sakini özünə məxsus olmayan avtomobillə qəza törədib - FOTO - VİDEO

Şamaxı sakini özünə məxsus olmayan avtomobillə qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 23:25 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 17-km də qeydə alınıb. 29 yaşlı Güləddin Gərayev, xalasıoğlu, 28 yaşlı Sadiq Əlverdiyevə məxsus “Mercedes” markalı avtomobillə paytaxtdan Şamaxı istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qəza törədib.

Sürücünün sözlərinə görə, qarşıda hərəkətdə olan yük maşınını ötmək istəyərkən digər avtomobillə üz-üzə gəlib. Nəticədə sürücü idarəetməni itirərək avtomobili yol kənarında olan işıq dirəyinə çırpıb. Qəza nəticəsində sürücü Güləddin Gərayev yüngül bədən xəsarəti alıb. Sərnişin Sadiq Əlverdiyev isə qəzadan xəsarətsiz qurtarıb.

Maşının işıq dirəyini aşırması nəticəsində ərazidə işıqlar sönüb.

Yol Patrul Xidmətinin əməkdaşları yararsız hala düşmüş avtomobili cərimə meydançasına yerləşdirib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR