Ramadanovski: “2013-2014-cü illərdə Rusiya vətəndaşlığını almış 74,5 min nəfər əcnəbi başqa ölkənin pasportuna malikdir”

Ramadanovski: “2013-2014-cü illərdə Rusiya vətəndaşlığını almış 74,5 min nəfər əcnəbi başqa ölkənin pasportuna malikdir”
# 22 may 2014 13:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. 2013-2014-cü illər ərzində Rusiya vətəndaşlığını almış 74,5 min nəfər əcnəbi başqa ölkənin vətəndaşlığına malikdir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Ramadanovski Dövlət Dumasında çıxışı zamanı deyib.

Bununla belə Ramadanovski Rusiyada ikili vətəndaşlığa malik olan insanların sayını açıqlamayıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında ikinci vətəndaşlığı dövlətdən gizlədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq qanunvericiliyə düzəliş və əlavələrin edilməsi müzakirə olunur. Yeni qanuna görə, həmin şəxslər cərimə olunacaq ya da cinayət məsuliyyətinə cəlb ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR