Qaradağda minik avtomobili "Shacman" yük maşını ilə toqquşub, sürücü xəsarət alıb

Qaradağda minik avtomobili "Shacman" yük maşını ilə toqquşub, sürücü xəsarət alıb
# 21 may 2014 03:44 (UTC +04:00)

Bakı-APA. Bakının Qaradağ rayonunda “Great Wall” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Great Wall” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 05:01-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR