Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunub

Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunub
# 07 aprel 2014 11:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm üç dəfə çox olmaqla 510 m3/s və ongünlük normanın 109 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 122 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 4, Salyanda 5, Bankədə 20 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm, Şirvanda 181 sm, Salyanda 120 sm, Bankədə 197 sm, Araz çayının Novruzlu məntəqəsində isə 75 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR