Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçiriləcək

 Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçiriləcək
# 25 aprel 2014 16:55 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 29-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M. F. Axundov adına Milli Kitabxanada Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində ölkə kitabxanalarının fəaliyyətinə həsr olunmuş foto və kitab sərgilərinə baxış, “Kənd Kitabxana-İnformasiya Mərkəzi” pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan “ALİSA” proqramının təqdimatı, bir neçə aparıcı kitabxanalarda seksiyalar üzrə iclasların keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən bildiriblər ki, müşavirədə dövlət rəsmiləri, ziyalılar, respublika əhəmiyyətli və aparıcı kitabxanaların, o cümlədən ali məktəb kitabxanalarının direktorları iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR