Azərbaycan baş nazirinin birinci müavini: “Son 10 ildə yoxsulluq 8 dəfə azalıb, 1,2 milyon iş yeri açılıb” - FOTO

Azərbaycan baş nazirinin birinci müavini: “Son 10 ildə yoxsulluq 8 dəfə azalıb, 1,2 milyon iş yeri açılıb” - <span style="color: red;">FOTO
# 23 dekabr 2013 10:07 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda deyib.

O qeyd edib ki, son 10 ildə yoxsulluq 8 dəfə azalıb, 1,2 milyon yeni iş yeri açılıb: “Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Bu gün Azərbaycanın 150-dən çox xarici ölkə ilə iqtisadi-ticari əlaqələri var”.

Y. Eyyubovun sözlərinə görə, Azərbaycan bu gün iqtisadi, sosial və digər sahələrdə ciddi uğurlar qazanıb və dünyada etibarlı tərəfdaş kimi qəbul olunub: “Regionda bütün məsələlərin həllində əsas iştirakçı Azərbaycandır. Ölkəmizdə mühüm beynəlxalq tədbirlər keçirilir, gələcəkdə də keçiriləcək. Bunlardan ən mühümlərindən də biri I Avropa Oyunlarıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR