İranda 2 azərbaycanlı fəal həbs edilib

İranda 2 azərbaycanlı fəal həbs edilib
# 10 may 2013 13:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda iki azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat (ETTELAAT) əməkdaşları mayın 9-da axşam saatlarında Maki şəhərində Cahanbəxş (Salur) Sultanzadə və Behnam Bağırini tutublar.

ETTELAAT əməkdaşları Maki Pəyam-e Nur Universitetinin hüquq fakültəsinin tələbəsi, şair C.Sultanzadənin evində axtarış aparıb, azərbaycanlı fəala məxsus komputeri, kitabları, əlyazmaları və digər şəxsi əşyaları müsadirə ediblər. B.Bağıri isə şəxsi mağazasında həbs edilib. Onların harada saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR