İran prezidenti Rusiyanın xarici işlər naziri ilə görüşüb - FOTO

İran prezidenti Rusiyanın xarici işlər naziri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 12 dekabr 2013 10:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub.

H. Ruhani bildirib ki, İranın Rusiya ilə münasibətlərində əsas hədəf bu ölkə ilə strateji və çox yaxın əlaqələr qurmaqdır: “İran hazırda Rusiya ilə uzunmüddətli və geniş əməkdaşlığı özündə ehtiva edən razılaşmaya hazırdır. Bu razılaşma ikitərəfli əlaqələr, regional və qlobal məsələləri əhatə edəcək”.

Prezident İranla “altılıq” ölkələri arasında Cenevrədə nüvə məsələsində əldə olunmuş razılaşmaya da toxunub: “İranın Nüvə silahlarının istehsalının və yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü olaraq əvvəldən nüvə mövzusunda hər cür ayrı-seçkiliyə qarşı olub. Biz bununla yanaşı, NPT üzvü olan hər bir ölkənin də uranın zənginləşdirilməsi haqqına sahib olduğunu bəyan etmişik. İranın nüvə fəaliyyəti dincməqsədlidir və belə də qalacaq”.

H. Ruhani Cenevrə razılaşmasının İranın uranı zənginləşdirmək hüququnun rəsmən tanınması mənasına gəldiyini də deyib: “Bəzi ölkələr bunu fərqli şəkildə şərh etməyə çalışsa, şübhəsiz, bu, nüvə razılaşması üzərində mənfi atmosfer meydana gətirər, eyni zamanda tərəflər arasında etimadın sarsılmasına səbəb olar”.

Öz növbəsində, S. Lavrov vurğulayıb ki, Rusiya ilə İran arasında regional və beynəlxalq sahədə çox yaxşı əməkdaşlıq var: “Cenevrə razılaşmasının şərhi məsələsində İranla Rusiya arasında heç bir ixtilaf yoxdur. Rusiya İranın nüvə fəaliyyətlərinə dəstək verir. Çünki Rusiyanın xarici siyasətinə və beynəlxalq qanunlara görə nüvə enerjisinin əldə olunması üçün uranın zənginləşdirilməsi qanunidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR