Bakı-Şamaxı yolunda baş vermiş qəzada ölənlərin yaxınları sabah DİN-də qəbul ediləcəklər - YENİLƏNİB - VİDEO

Bakı-Şamaxı yolunda baş vermiş qəzada ölənlərin yaxınları sabah DİN-də qəbul ediləcəklər  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 29 dekabr 2013 21:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində toplaşmış bir qrup şəxs artıq ərazidən uzaqlaşıb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları ilə danışıqlar aparılıb və onların nümayəndələrinin sabah Daxili İşlər Nazirliyində qəbul ediləcəkləri bildirilib.

Məlumata görə, aksiya iştirakçıları baş vermiş qəzada yol polisini günahlandırıblar.

***

Bakı. Hafiz Heydərov-APA. Bir qrup şəxs Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində yolu bağlayaraq aksiya keçirir. Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları axşam saatlarında “Müşfiq” postuna toplaşaraq nəqliyyatın hərəkətinə və postda xidmət aparan yol polisinin fəaliyyətinə mane olmağa cəhd göstəriblər.

Aksiya keçirən şəxslərin dünən Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində keçən hissəsində baş verən dəhşətli qəzada ölənlərin yaxınları olduğu bildirilir.

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Hazırda polis aksiya iştirakçıları ilə danışıqlar aparır.

Qeyd edək ki, dünən Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR