MSK-nın saytında smartfon tipli qurğular üçün hazırlanmış proqramın sınağı zamanı baş verən anlaşılmazlığa aydınlıq gətirilib

MSK-nın saytında smartfon tipli qurğular üçün hazırlanmış proqramın sınağı zamanı baş verən anlaşılmazlığa aydınlıq gətirilib
# 09 oktyabr 2013 16:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, MSK-nın sifarişi əsasında seçkilərə aid bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı şirkətimiz tərəfindən həyata keçirilib.

Proqrama veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin “online” izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir: “Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə xüsusi tələblərə ciddi əməl olunmasının vacibliyi barədə MSK qarşısında tərəfimizdən öhdəlik də götürülüb. Proqram təminatının vaxtında və keyfiyyətlə istifadə edilməsinin mümkünlüyünü təmin etmək məqsədilə 15 gün əvvəl həmin proqramı “Apple” şirkətinə rəsmi təqdim etmək və onunla razılaşdırmaq tələblərinə də əməl edilib. Proqramla iş uğurla başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə şirkətimiz tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilib və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat vermək unudulub. “Apple” şirkəti tərəfindən təsdiq edildiyindən, proqram modulunda 9 oktyabra təyin edilən prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və builki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Bu isə istifadəçilər tərəfindən haqlı olaraq birmənalı qəbul edilməyib və seçkilərin imicinə kölgə salmaq niyyətində olan şəxslərə əlavə “arqument” verib”.

Şirkət qeyd edib ki, baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların builki seçkilərə heç bir aidiyyətinin olmadığını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir, yaranmış anlaşılmazlığa görə MSK-dan və istifadəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR