Liviyada terrorçu-kamikadze hərbi bazanın girişində partlayış törədib, azı 6 nəfər ölüb - VİDEO

Liviyada terrorçu-kamikadze hərbi bazanın girişində partlayış törədib, azı 6 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 22 dekabr 2013 04:40 (UTC +04:00)

Bakı-APA. Liviyanın şərqində yerləşən Benqazi şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi bazanın girişində avtomobil partladıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azı 6 hərbçi ölüb, 15 nəfər yaralanıb.

“Fran Press” agentliyi isə hadisə nəticəsində 7 nəfərin öldüyü, daha 8 nəfərin yaralandığını bildirir. Qeyd olunan hərbi baza Benqazi şəhərindən 50 km şərqdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR